AZ

Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünə buna görə blok qoyub - AÇIQLAMA

BAKI, 5 sentyabr. TELEQRAF

"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb. Məlum olub ki, Rusiya da bu prosesdə yaxından iştirak edib".

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov deyib.

O qeyd edib ki, 5 il öncə Azərbaycanın və Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı namizədliyini irəli sürəndə Rusiya bunu dəstəkləyərdi: “Bununla Kreml ŞƏT-də ona dəstək verən dövlətlərin sayının artmasına nail ola bilərdi. İndiki halda isə Bakı və İrəvan heç bir müstəvidə Moskvaya dəstək vermir. Bu halda Rusiya bu iki ölkəni özünə qarşı görür. Ona görə də, Kreml Azərbaycanı ŞƏT-də görmək istəmədi”.

Rasim Musabəyova görə, Rusiya bilirdi ki, Azərbaycan ŞƏT-də ona daha yaxın olan Özbəkistan, Qazaxıstan, Pakistan və digərləri ilə birlikdə hərəkət edəcək: “Bakı bu təşkilatda seçim qarşısında olduğu halda Pekinə dəstək verəcək. Ona görə də Azərbaycanın indiki halda Şanxayda təmsilçiliyini Rusiya özü üçün sərfəli hesab etmir”.

Seçilən
32
teleqraf.com

1Mənbələr