AZ

“PAŞA Holding” 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Bakıda keçirilən dünya finalının "Platin" sponsoru oldu (FOTO)

Bakı. Trend:

Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışması hesab olunan ICPC2025 Dünya Finalı - “ICPC Foundation” təşkilatçılığı və ADAUniversitetinin ev sahibliyi, Azərbaycan Respublikasının MərkəziBankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə“ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, "Huawei", "GoogleDeep Mind", “Open AI”, “JetBrains” kimi qlobal lider texnologiyaşirkətlərinin dəstəyi, eləcə də “PAŞA Holding”in sponsorluğu iləBakı şəhərində 31 avqust - 4 sentyabr 2025-ci il tarixlərində baştutub. Sözügedən tədbirdə “PAŞA Holding”in törəmə şirkətləri olan"PAŞA Bank", "Kapital Bank", "PAŞA Sığorta" və "PAŞA Həyat"şirkətləri ilə təmsil olundu.

Qeyd edək ki, Beynəlxalq Universitetlərarası ProqramlaşdırmaMüsabiqəsi (ICPC) dünyanın müxtəlif universitetlərindən olantələbələr üçün nəzərdə tutulmuş qlobal alqoritmik proqramlaşdırmayarışıdır. Üç nəfərlik komandalar 5 saat ərzində çətin və realdünya problemlərini həll etməyə çalışaraq yaradıcılıq, komanda işivə problem həll etmə bacarıqlarını sınayırlar. "ICPC" intensiv vəyüksək səviyyəli rəqabət vasitəsilə informatika sahəsindəinnovasiya və mükəmməlliyi təşviq edir. "ICPC" ilk dəfə 1970-ciildə Şimali Amerikada yerli səviyyədə təşkil olunub. 1977-ci ildəisə ilk dəfə dünya çempionatı formatında keçirilib və həmin vaxtdanetibarən qlobal, çoxmərhələli bir yarışa çevrilib. Bu gün "ICPC"yerli və regional mərhələlərdən ibarət beynəlxalq bir sisteməmalikdir və hər il "ICPC" Fondunun təşkilatçılığı ilə keçiriləndünya finalı ilə yekunlaşır.

1 sentyabr 2025-ci il tarixində keçirilən açılış mərasimində"ICPC" Fondunun prezidenti Bil Pouçer builki yarışa 63 294 tələbə,10 573 məşqçi və köməkçi məşqçinin qatıldığını bildirib. Onlar 3307 universiteti və 93 şirkəti təmsil edərək yarışların seçimmərhələlərində iştirak ediblər. Nəticədə dünyanın ən güclü tələbəproqramçılarından ibarət 140 komanda final mərhələsinə vəsiqəqazanaraq Bakıya toplaşıb.

“PAŞA Holding”in ICPC 2025 Dünya Finalının Bakıda keçirilənmərhələsinin "Platin" sponsoru qismində çıxış etməsi, şirkətingənclərin inkişafına, innovasiyaların təşviqinə və bilik əsaslıcəmiyyətin qurulmasına verdiyi önəmi nümayiş etdirir. Dünyanın ənnüfuzlu proqramlaşdırma müsabiqələrindən birini dəstəkləməklə,“PAŞA Holding” gələcəyin problemləri həll edə bilən liderlərini vətexnologiya mütəxəssislərini ilhamlandırmağı, eyni zamandaAzərbaycanın təhsil və rəqəmsal inkişaf sahəsində regional mərkəzkimi mövqeyini gücləndirməyi hədəfləyir. Bu təşəbbüs şirkətingənclərə, innovasiyaya və dayanıqlı inkişafa töhfə verməkistiqamətində atdığı mühüm addımlardan biridir.

“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
Seçilən
38
3
az.trend.az

4Mənbələr