Bakı. Trend:
Paytaxtın Heydər Əliyev prospekti, köməkçi yola daxil olmaqistəyən yük avtomobili nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasınasəbəb oldu.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ötən gün axşam saatlarında üzərində avtomobillərdaşıyan yük avtomobili Heydər Əliyev prospekti, köməkçi yola daxilolarkən düzgün dönmə əməliyyatı edə bilmədiyindən bardürün üzərinəçıxaraq yolda qalıb. Nəticədə prospektdən “Koroğlu” metrostansiyası istiqamətində 16 dəqiqə müddətində nəqliyyatın hərəkətiməhdudlaşıb. Dərhal yol polisi əməkdaşları tərəfindən həm əsas, həmdə köməkçi yolda zəruri tədbirlər görülüb. Yük avtomobilininhərəkəti bərpa olunub. Qəza riski və məhdudiyyət aradanqaldırılıb.
Bununla yanaşı, bəzi yük avtomobillərinin sürücüləri nəqliyyatvasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından prospektdənmərkəz istiqamətinə hərəkət etdikdə “Bağırov” tunelindən keçəbilmirlər. Onlar belə vəziyyətdə sağ kənar yola keçmək üçün geriyəhərəkət etdiyindən yolda qəza riski və sıxlıq yaranır. Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzi belə sürücülərə qeyd edilənlərinəzərə almağı və qaydalara əməl etməyi tövsiyə edir.