AZ

Qaz qurğularına texniki xidmət üçün attestat əldə etmək istəyənlərə növbəti sənəd qəbulu elan edilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işlərinin görülməsi üçün ixtisas attestatının verilməsi məqsədilə namizədlərin bilik səviyyəsinin yoxlanılması ilə bağlı növbəti attestasiyanın keçirilməsi üçün sənəd qəbulu elan edib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, attestasiya Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən test üsulu ilə keçiriləcək.

Attestasiyada iştirak etmək istəyən namizədlər energetika və texniki sahələrdə, o cümlədən qaz avadanlıqlarının təmiri və istismarı üzrə peşə təhsilinə, müvafiq ixtisas üzrə ən azı 1 (bir) il iş təcrübəsinə malik olmalıdırlar.

Attestasiya proqramı agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Namizədlər ərizə və müvafiq sənədləri agentliyə birbaşa təqdim edə və ya poçt vasitəsilə göndərə bilərlər. Sənədlərin qəbulu 22 sentyabr 2025-ci il tarixində saat 17:00-dək həyata keçirilir.

Əlavə məlumatlar Agentliyin rəsmi internet səhifəsindən (www.regulator.gov.az) və ya 974 - Çağrı Mərkəzindən əldə edilə bilər.

Seçilən
3
4
yeniazerbaycan.com

5Mənbələr