AZ

Makronun qanlı planı: Dünya müharibəsi başlaya bilər

Fransa prezidenti Emmanuel Makronun Ukraynaya əsgərlər göndərmək planı III Dünya müharibəsinin başlanmasını yaxınlaşdırır.

Publika.az xəbər verir ki, bunu “Qalx, Fransa!” partiyasının lideri Nikol Düpon Enyan "X" sosial şəbəkəsində yazıb.

"Makron canlı efirdə fransız əsgərlərinin Ukraynaya göndərilməsini təsdiqləyib. Dünya müharibəsini yaxınlaşdıran mənasız təxribat! Dəlilik!", - deyə Düpon yazıb.

Bundan əvvəl Makron bəyan edib ki, “istəklilər koalisiyasının” 26 ölkəsi Ukraynaya qoşun yeritməyə hazır olduqlarını bildiriblər. Fransa lideri qeyd edib ki, koalisiya üzvləri yaxın günlərdə ABŞ-ın Kiyev üçün təhlükəsizlik təminatının verilməsinə töhfəsi ilə bağlı nəhayət razılaşacaqlarını gözləyirlər.

Fransa prezidenti Rusiyanı yeni sanksiyalarla hədələyib: “Əgər Rusiya sülh danışıqlarından imtina edərsə, ABŞ-la razılaşdırılaraq ona qarşı yeni sanksiyalar tətbiq olunacaq”, - deyə o qeyd edib.

Seçilən
73
publika.az

1Mənbələr