AZ

Terrorçular Türkiyə ilə sərhədə hərəkətə keçdilər

PKK terror qruplaşmasının Suriyadakı qolu olan "Suriya Demokratik Gücləri" (SDG) Türkiyə ilə sərhəddə aktivləşib.

“Cebheinfo.az” xəbər verir ki, terrorçular Rəqqa, Hələb, Deyrizor əyalətində və Fərat çayı ətrafında Suriya-Türkiyə sərhədində təchizat xətləri qurmağa başlayıb.

Onlar sözügedən sərhədə mina döşəmə işlərinə start veriblər. Terrorçular qardaş ölkə ilə sərhəddə 3 müdafiə xətti formalaşdırır.Birinci xəttə orta və yüngül silahlar yığıblar. Həmçinin, tank əleyhinə texnikalar da oraya gətirilib. İkinci xətdə isə zirehli personal daşıyıcıları, minaatanlar və artilleriya batareyaları yerləşdirilib. Üçüncü xətt boyunca da uzaqmənzilli artilleriya batareyaları və kamikadze dronları yerləşdirib. 

Bu xətlərdəki silahları kamuflyaj etmək üçün isə xüsusilə Rəqqa və Fərat çayı hövzəsində tunel qazıntı işləri sürətləndirilib.Terrorçular həm bu xətləri bir-birinə bağlayıb, həm də onları silah və maddi-texniki təchizat üçün dördüncü xəttlə birləşdirib.Bundan başqa, sözügedən ərazilərdə çox sayda tunellərin də inşa olunduğu ortaya çıxıb. 

Seçilən
112
cebheinfo.az

1Mənbələr