AZ

ABŞ-da məlumatlar açıqlandı – Qızılın qiyməti rekord vurdu

ABŞ-da bu gün açıqlanan zəif məşğulluq məlumatlarından sonra qızıl 3 586 dollara qədər artaraq yeni rekord vurub. 

FED.az xəbər verir ki, məşğulluq məlumatlarının azalması FED-in uçot dərəcəsini azaldacağına dair gözləntiləri artırır. Ona görə də məlumat açıqlanan kimi qızıl yenidən bahalaşıb və qiymətlər yeni rekord həddə çatıb.

Məlumatlardan sonra qızılın qiyməti tarixi maksimumunu təzələyərək 3586 dollar/unsiya səviyyəsinə yüksəldi.

Xatırladaq ki, son üç ildə qızıl və gümüş iki dəfədən çox dəyər qazanıb. 

Geosiyasi risklər, iqtisadi qeyri-müəyyənliklər və qlobal ticarət problemləri təhlükəsiz liman tələbini artırıb. ABŞ prezidenti Donald Trampın bu il FED-i tənqid etməsi qurumun (FED – ABŞ-ın mərkəzi bankı sayılır) müstəqilliyi ilə bağlı narahatlıqları artırıb. 

Tramp tezliklə FED-i “nəzarət altına alacağını” və faiz dərəcələrini aşağı salacağını bildirib.

Buna baxmayaraq, Trampın FED Rəhbərlər Şurasına namizədi Stiven Miran cümə axşamı Senatda təsdiqləmə dinləmələri zamanı bəzi narahatlıqları sakitləşdirib. O bildirib ki, FED-in ən mühüm missiyası “depressiya və hiperinflyasiyanın qarşısını almaq”dır. 

Miran həmçinin Ağ Evdəki mövqeyini qoruyacağını etiraf etsə də, FED-in müstəqilliyinə sadiqliyini bir daha təkrarlayıb. 

Seçilən
141
fed.az

1Mənbələr