AZ

Azərbaycan və Macarıstan arasında səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Budapeştdə Azərbaycan Respublikası ilə Macarıstan arasındaİqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasıkeçirilib. İclasda Azərbaycanı Hökumətlərarası Komissiyanınhəmsədri, maliyyə naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndəheyəti təmsil edib.

Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə ticarət, investisiya, energetika,səhiyyə, əmək, sosial müdafiə, elm, təhsil, mədəniyyət, turizm vəqida təhlükəsizliyi kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcudvəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

İclas çərçivəsində səhiyyə sahəsində əməkdaşlığa dair mühüm birsənəd – Azərbaycan Tibb Universiteti, Macarıstanın PeçUniversiteti, “PannonPharma” və “Scandens Pharmaceuticals”şirkətləri arasında dördtərəfli Anlaşma Memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi Azərbaycan və Macarıstanın tibbmütəxəssisləri üçün təlim proqramlarının təşkili və ali tibbtəhsili müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi,həmçinin əczaçılıq sənayesində bilik və təcrübə mübadiləsinintəşviq edilməsidir.

Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
145
11
az.trend.az

10Mənbələr