AZ

Arılar hücum etdi, oyun dayandırıldı

Tanzaniyada keçirilən futbol oyunu arıların meydana hücumu səbəbindən dayandırılıb.

Publika.az xəbər verir ki, hadisə Babati stadionunda mövsümöncəsi turnir çərçivəsində “Abuja” və JKU komandalarının görüşündə baş verib.

Oyunçular arı sürüsündən qorunmaq üçün meydançada uzanmağa məcbur olublar. Ehtiyat oyunçular isə oturacaqların altına sığınıblar. Bununla belə, azarkeşlər yerlərini tərk etməyiblər.

“The Sun”un yazdığına görə, heç kim xəsarət almayıb və oyunu davam etdirmək mümkün olub. Matçın sonunda “Abuja” komandası qələbə qazanıb – 2:1.

Seçilən
114
publika.az

1Mənbələr