AZ

Horadiz–Ağbənd dəmir yolunun tikintisi gələn il başa çatdırılacaq

Ağbənd. Trend:

Horadiz–Ağbənd dəmir yolu tikintisinin 2026-cı ildə tam başaçatdırılması planlaşdırılır.

Trend-in Zəngilan rayonuna ezam olunmuş müxbirininməlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QapalıSəhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiriBəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin reallaşdırılmasıməqsədilə Azərbaycan dövləti tərəfindən Horadiz–Ağbənd dəmiryolunun tikintisi aparılır: "Layihənin 2026-cı ildə tam başaçatdırılması planlaşdırılır.

Horadiz-Ağbənd dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 km (yanyollarla birlikdə 140,6 km) təşkil edir və marşrut boyunca Horadiz,Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan,Bartaz və Ağbənd stansiyalarının inşası nəzərdə tutulub".

Qurumun sözçüsü vurğulayıb ki, dəmir yolu xəttininlayihələndirilməsi işləri 84, tikinti-quraşdırma işlərinin 67 faizibaşa çatdırılıb: "Ox üzrə uzunluğu 110,4 km olan dəmir yoluxəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca ümumilikdəeni 60 metr olan ərazilərin minadan təmizlənməsi işləri başaçatdırılıb, əlavə genişlənmələrin tələb olunduğu hissəslərin isəminadan təmizləməsi işləri davam etdilir. Eyni zamanda dəmir yoluxəttinin 72-82 km hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindənminatəmizləmə işləri təkrar olaraq yerinə yetirilib".

"Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə 75,6 km, yanyollarla birlikdə isə 87 km hissəsində rels-şpal çərçivələriqoyulub, həmçinin 65,6 km hissəsinə isə uzunölçülü relslərinquraşdırılması işləri tam şəkildə başa çatdırılıb", - deyə B.Hacıyev fikrini yekunlaşdırıb.

Seçilən
27
3
az.trend.az

10Mənbələr