AZ

2040-cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU-ya yüksələcək - ADY

Ağbənd. Trend:

Artan ticarət əlaqələri Orta Dəhlizin strateji rolunu daha dagücləndirir və bu marşrut üzrə yükdaşımaların həcmi ildən-iləartmaqdadır.

Trend-inZəngilan rayonuna ezam olunmuş müxbirinin məlumatına görə, bunu“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC)İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyevjurnalistlərə açıqlamasında bildirib.

O, beynəlxalq maliyyə qurumlarının sözügedən dəhliz üzrəproqnozlarını diqqətə çatdırıb: "Dünya Bankı, Avropa Yenidənqurmavə İnkişaf Bankı (AYİB) və İqtisadi Əməkdaşlıq və İnkişafTəşkilatının (OECD) proqnozlarına əsasən, 2030-cu ilə qədər OrtaDəhliz üzrə daşımaların həcmi 11 milyon tona, 2040-cı ilə qədər isəkonteyner tutumu 865 min TEU-ya yüksələcək. Bu baxımdan, OrtaDəhlizin mühüm qolu olan Zəngəzur dəhlizinin açılması xüsusiəhəmiyyət kəsb edir".

Qurumun sözçüsü vurğulayıb ki, Zəngəzur dəhlizinin illikyükdaşıma potensialı təxminən 15 milyon ton həcmindəqiymətləndirilir: "Bu göstərici dəhlizin həm Orta dəhliz, həm dəŞimal–Cənub nəqliyyat marşrutları üçün əhəmiyyətli əlavə dəyəryaratdığını göstərir və Azərbaycanın tranzit imkanlarınıngenişlənməsinə xidmət edir.

Eyni zamanda Zəngəzur dəhlizi mövcud marşrutlara alternativyaradır və yüklərin diversifikasiya olunaraq müxtəlif istiqamətlərədaşınmasını təmin edir. Bu, regionun tranzit imkanlarınıgenişləndirir, Azərbaycanı isə Orta dəhliz üzrə daha güclülogistika qovşağına çevirir".

B. Hacıyev qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Orta dəhlizindeyil, həm də Şimal–Cənub nəqliyyat dəhlizinin mühüm tamamlayıcıhissəsi kimi çıxış edir.

"Hindistan və İrandan gələn yüklərin Azərbaycan üzərindən şimalistiqamətinə daşınmasında bu dəhliz əlavə imkanlar yaradır. Beləki, İrandan daxil olan yüklər Naxçıvan üzərindən Türkiyəyə, oradanisə Şimali Avropaya yönləndirilə bilər", - deyə B. Hacıyev fikriniyekunlaşdırıb.

Seçilən
63
5
az.trend.az

7Mənbələr