AZ

Kolleç məzunları niyə iş tapa bilmirlər?

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Bu gün kollec məzunları əmək bazarında özlərinə çətinliklə yer edirlər. İşə qəbul üçün üz tutduqları ünvanlarda problemlərlə üzləşirlər. İşəgötürənlər hesab edirlər ki, kolleç məzunlarının bilik, bacarığı, potensialı işə götürülmək üçün yetərli deyil. Ona görə də işə götürülənlər arasında kolleç məzunları barmaqla sayılacaq dərəcədə az olur”.

Təhsil eksperti Məzahir Məmmədli bunu 525.az söyləyib. O vurğulayıb ki, bu gün kolleç məzunlarının əmək bazarına inteqrasiyası baxımından çox ciddi boşluqlar var. Bu boşluqları aradan qaldırmaq üçün kolleçlərin fəaliyyəti yenidən qurulmalıdır. Tədrisin keyfiyyəti yüksəldilməli, kolleclərdə təhsil alan tələbələr üçün daha geniş təcrübə imkanları yaradılmalıdır. Eyni zamanda işəgötürənlərlə əməkdaşlıq əlaqələri qurulmalıdır ki, bu əlaqələr gələcəkdə kolleç məzunların işlə təmin olunmasına imkan yaratsın.

Sevinc QARAYEVA 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
525.az

1Mənbələr