Xəstəxanalarda adətən pasiyentlər növbəli şəkildə qəbul edilir.
Amma bəzi hallarda dərhal və növbədənkənar tibbi yardım göstərilməlidir.
Növbədənkənar xidmət xəstəliyi ağırlaşmasının və həyati təhlükənin qarşısını alınmasında mühüm rol oynayır.
Xəstəxanalarda növbədənkənar kimlərə xidmət edilir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, müəyyən kateqoriyadakı insanlara növbədənkənar tibbi xidmətlər göstərilir:
“Təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələrə, əməliyyat təyin olunan və stasionar xidmət alan pasiyentlərə, şəhid ailə üzvləri və müharibə iştirakçılarına TƏBİB-in tabeliyindəki tibb müəssisələrində növbədənkənar tibbi xidmətlər göstərilməkdədir”.