Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzi (ÇASGEM) arasında onlayn görüş keçirilib.
Görüşdə qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə olunub. ÇASGEM tərəfindən “Əməyin mühafizəsi üzrə təlim proqramı” çərçivəsində təlimlərin təşkili barədə razılıq əldə edilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanmış Tədbirlər Planına əsasən təşkil ediləcək təlimlər əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub.