AZ

Naxçıvanda ƏDV ödəyiciləri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ƏDV ödəyiciləri ilə görüş keçirilib. Görüşdə sahibkarları maraqlandıran məsələlər, o cümlədən ƏDV üzrə kameral vergi yoxlamaları ilə bağlı suallar geniş müzakirə olunub.

Görüşdə vergi ödəyicilərinə ƏDV üzrə kameral vergi yoxlamaları barədə geniş məlumat verilib. Kameral vergi yoxlaması ilə bağlı göndərilən məktubların, digər maarifləndirici məlumatların vergi ödəyiciləri tərəfindən vaxtında oxunmasının, zəruri hallarda cavablandırılmasının, bu səbəbdən ödəyicilərə məxsus elektron kabinetlərin mütəmadi olaraq yoxlanılmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd edilib ki,2025-ci ilin ilk 6 ayında aparılan təhlillərə əsasən ƏDV üzrə təqdim edilmiş hesabatlarda bir sıra uyğunsuzluqlar meydana çıxıb. Belə ki, təhlil olunan dövr üzrə vergi ödəyiciləri tərəfindən ƏDV bəyannamələrində göstərilən dövriyyələrin sənədlərlə təsdiq edilməməsi (malların, iş və xidmətlərin təqdim edilməsi üzrə elektron qaimə-fakturaların və ya onlayn kassa aparatı çeklərinin təqdim edilməməsi) halları müşahidə olunur. Qeyd olunub ki, yarana biləcək risklər nəticəsində vergi ödəyiciləri əlavə maliyyə itkilərinə məruz qala bilərlər.

Sonda sahibkarlar rastlaşdıqları çətinliklər barədə fikirlərini bildirib, təkliflərini səsləndiriblər. Muxtar respubklikadakı biznes mühitinin daha da yaxşılaşdırılması və iqtisadiyyatın daha da şəffaflaşdırılması üçün qanunvericiliyin tələblərinə ciddi riayət olunması tövsiyyə olunub, habelə sahibkarlara rastlaşdıqları çətinliklər və bütün suallarla bağlı vergi orqanlarına müraciət edə biləcəkləri diqqətə çatıdrılıb.

Seçilən
3
vergiler.az

1Mənbələr