AZ

Zelenski Kosta ilə Görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski Ujqorodda Avropa Şurasının sədri Antonio Kosta ilə görüşərək ölkəsinin təhlükəsizlik zəmanətləri və Avropa İttifaqına inteqrasiya məsələlərini müzakirə edib.

Editor xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı xüsusilə Ukraynanın Avropa proqramlarında, o cümlədən SAFE proqramında iştirakı, Rusiya əleyhinə sanksiyalar siyasəti və dondurulmuş rus aktivlərinin ölkənin bərpasında istifadəsi məsələləri müzakirə olunub. Zelenski həmçinin sosial dayanıqlığın dəstəklənməsi və uşaqların qorunmasının prioritet olaraq qalacağını vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr