Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Ankara, 5 sentyabr, AZƏRTAC
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Ziya Cemal Kadıoğlu Pakistana ikigünlük səfər edib.
Türkiyə Milli Müdafiə Nazirliyindən AZƏRTAC -a bildirilib ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Zaheer Baber Sidhu və İslam Respublikasının Baş Qərargah rəisi Sahir Şamşad Mirzə ilə danışıqlar aparıb.
İki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Səfər proqramı çərçivəsində Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti Nur Xan Hərbi Hava Bazasında və Pakistanın Əsğər Xan Hərbi Hava Qüvvələri Akademiyasında olub, burada türk kursantları ilə görüş keçirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.