AZ

Parisdə Ukrayna üçün Təhlükəsizlik Zəmanətləri Müzakirə Olundu

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak və Ukrayna Təhlükəsizlik Şurasının katibi Rustem Umerov Parisdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkofla görüş keçirərək, Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələlərini müzakirə ediblər.

Editor.az xəbər verir ki, görüşdə tərəflər regiondakı vəziyyət, mümkün təhlükəsizlik mexanizmləri və beynəlxalq dəstək imkanlarını ətraflı şəkildə qiymətləndiriblər.

Andrey Yermak bu barədə özünün Telegram kanalında məlumat verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr