Bakı. Trend:
Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağaclarıkəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənovsaxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsininmüvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.