AZ

Avropa dünyada istədiyi rolu oynaya biləcək vəziyyətdə deyil - Fridrix Merz

Avropa dünyada istədiyi rolu oynaya biləcək vəziyyətdə deyil - Fridrix Merz

Avropa hazırda dünya işlərində istədiyi rolu oynaya biləcək vəziyyətdə deyil.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz etiraf edib.

O, hazırda Avropanın yenidən birləşməyə çalışdığını və regionun ən böyük ölkəsi kimi Almaniyanın bu prosesdə mühüm rol oynadığını qeyd edib. Bununla belə, kansler avropalıların müstəqil fəaliyyət üçün imkanlarının məhdud olduğuna diqqət çəkib ki, onun sözlərinə görə, bu, Ukrayna böhranının timsalında aydın görünür.

"Avropa ölkələrinin bu böhranın başa çatması istiqamətində məqbul şərtlərə nail olmaq üçün kifayət qədər təsir rıçaqları yoxdur. Biz Amerikanın köməyindən asılıyıq, biz görürük ki, Çin, Braziliya və dünyanın digər ölkələri Rusiya ilə münasibətlərdə özlərini sərbəst hiss edirlər, Şanxay formatı adlanan formatda yeni tərəfdaşlıq yaranır. Mən narahatam və yüklənirəm, etiraf etməliyəm ki, biz avropalılar olaraq indi rol oynaya bilmərik", - deyə Fridrix Merz bildirib.

Seçilən
1
afn.az

1Mənbələr