Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu milli komandanın baş məşqçisi Vinçenzo Montella ilə bağlı maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, federasiya rəhbərinin məlumatına görə, A Milli Komandanın çalışdırıcısı yaxın müddət ərzində Türkiyə vətəndaşlığını alacaq:
“Montella artıq Türkiyəni öz vətəni kimi görür. Yaxın günlərdə vətəndaşlıq prosesi tamamlanacaq və o, rəsmi olaraq Türkiyə pasportuna sahib olacaq”, – deyə Hacıosmanoğlu vurğulayıb.
Xatırladaq ki, Montella 2023-cü ildən Türkiyə millisinin baş məşqçisi postunu tutur.
Kamil Xudiyev