AZ

Astaradakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı

Bakı. Trend:

Astara rayonunda baş verən kütləvi zəhərlənmənin səbəblərininmüəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyininregional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgəaraşdırmalara başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-danbildirilib.

"Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək", -məlumatda deyilir.

Qeyd edək ki, TƏBİB-in məlumatına görə, 05.09.2025-ci iltarixində saat 11:00 radələrindən etibarən müxtəlifqastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər(9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi XəstəxanasınınYoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Onlara zəruritibbi xidmət göstərilib.

Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilənpasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isənisbi ağır qiymətləndirilir.

Seçilən
78
10
az.trend.az

10Mənbələr