AZ

Qızılın dəyəri bütün zamanların ən yüksək səviyyəsinə çatıb

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2025-ci ilin dekabrında çatdırılacaq qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək 3 650 dolları ötüb.

Teleqraf xəbər verir ki, qiymətli metalın unsiyası sessiyanın gedişində əvvəlcə 3650,4 dollara (+0,91%) sonra isə 3653,9 dollara (+1%) kimi yüksəlib.

Neftin ucuzlaşması fonunda qızıl bahalaşır. Beləliklə, London birjasında "Brent" markalı neftin qiyməti avqustun 20-dən bəri ilk dəfə bir barel üçün 66 dollardan aşağı düşüb. 2025-ci ilin noyabr ayı üzrə Brent markalı neftin fyuçerslərinin qiyməti 2,29% ucuzlaşaraq bir barel üçün 65,35 dollar olub.
Seçilən
89
sherg.az

1Mənbələr