AZ

Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir

Bakı. Trend:

Yol hərəkəti təhlükəsizliyininin artırılması və nəqliyyataxınlarının nizamlanması məqsədilə AYNA tərəfindən Koroğlu Rəhimovküçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

AYNA-dan Trend-ə bildirilib ki, Koroğlu Rəhimov küçəsində uzunmüddətdir mövcud olan problemli nöqtələr nəqliyyat axınına mənfitəsir göstərir.

Belə ki, Həsən Əliyev küçəsi istiqamətində cəmi 2 hərəkətzolağının olması böyük axının həcmini qarşılamır, avtomobillərinhərəkətində ləngimələrə səbəb olur və sıxlıq yaranır. Digərtərəfdən, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsiistiqamətində hərəkət edən sürücülərin “Gənclik” metrostansiyasınatərəf dönmək tələbi yüksək olduğundan və birbaşa o istiqamətdəhərəkət etmək imkanları olmadığından, avtomobillər alternativyollarla daha uzun məsafə qət edir, yan küçələr də yüklənir.

Nizamlanmayan piyada keçidi isə pik saatlarda hərəkətə daha birmənfi təsir göstərən amil olmaqla yanaşı, həm də piyadalarıntəhlükəsiz keçidini təmin etməyə imkan vermir.

Parkın digər tərəfində istifadə olunmayan yolun və ümumi yolinfrastrukturunun bəzi elemetlərinin səmərəli istifadəsi, yolhərəkətində dəyişikliklər və nizamlanan piyada zolaqlarınınistifadəsi nəticəsində avtomobillərin sürətli və fasiləsizhərəkətinin, piyadaların isə rahat və təhlükəsiz keçidinin təminedilməsi nəzərdə tutulur.

Görüləcək işlər nəticəsində yol şəbəkəsinin buraxıcılıqqabiliyyəti artırılacaq, nəqliyyat şəraiti və əlaqələndirməimkanları yaxşılaşacaq.

Sürücülərin dəyişikliklərə rahat uyğunlaşması və gedəcəkləriistiqamətləri əvvəlcədən müəyyən etmələri üçün ərazidə müvafiq yolnişanları və məlumat lövhələri quraşdırılacaq.

Qeyd edək ki, bu həll Bakının “rəqəmsal əkiz”i vasitəsiləyoxlamalardan keçirilib və simulyasiyalar nəticəsində layihəhazırlanıb.

Seçilən
33
25
az.trend.az

10Mənbələr