BAKI, 5 sentyabr. TELEQRAF
Rəsmi Kiyev Rusiya Prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenski ilə Moskvada görüş təklifini qeyri-ciddi hesab edir.
Teleqraf xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin təmsilçisi Georgi Tixiyə görə, Putinin bu təklifi Moskvanın görüşdən imtina etməsinin göstəricisidir.
G.Tixiy əlavə edib ki, Kiyev ABŞ da daxil olmaqla, xarici tərəfdaşlara Moskvanın danışıqlardan imtina etdiyini bildirəcək.