AZ

ChatGPT-ə yeni funksiya əlavə olundu

Söhbət mövzuları yaratmaq imkanı bütün qeydiyyatdan keçmiş istifadəçilər üçün əlçatandır.

QHT.az xəbər verir ki, OpenAI “məşhur tələblə” ChatGPT-yə söhbətləri mövzulara bölmək funksiyasını təqdim edib. İndi istifadəçilər yeni söhbət mövzusu yarada və əvvəlki dialoqun gedişatını itirmədən davam etdirə biləcəklər. Funksiya yalnız veb versiyada və bütün qeydiyyatdan keçmiş istifadəçilər üçün əlçatandır.

Bundan bir gün əvvəl OpenAI layihələri qovluqlarda təşkil etməyə imkan verən funksiyanı pulsuz istifadəyə açmışdı. Avqustda isə şirkət “dünyanın ən yaxşı dil modeli” adlandırdığı GPT-5-i təqdim edib.

 

R.İmanov

Seçilən
29
qht.az

1Mənbələr