Sentyabrın 9-da cüdo üzrə kişilər arasında Liqa yarışının III turu keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda 43 klub və idman cəmiyyətindən olan 253 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, bu, cari ildə kişilər arasında Liqa yarışının son turudur. Bu turnirlər nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.
Yarış Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Xaçmazda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
ACF gənc idmançılar arasında baş vermiş insidentlə bağlı qərarını açıqlayıb
Cüdoçularımız Universiadada iştirak edəcəklər
Bakıda yeni cüdo zalı fəaliyyətə başlayıb
Avropa çempionatında iştirak edəcək cüdoçularımız bəlli olub