AZ

Avrokomissar: Sülh sazişi bağlansa belə, Avropa İttifaqı Rusiyadan enerji idxal etməməlidir

BAKI, 5 sentyabr. TELEQRAF

"Kiyevlə Kreml arasında sülh sazişi bağlansa belə, Avropa İttifaqı Rusiyadan enerji idxal etməməlidir".

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgensen energetika nazirlərinin iclasında bildirib.

Yorgensen çıxışında ABŞ-nin Aİ-nin Rusiyadan enerji idxalını dayandırmalı olduğunu bildirib. O, nüvə enerjisinin ABŞ ilə 750 milyard dollarlıq enerji müqaviləsinin həlledici hissəsi olacağını vurğulayıb.

ABŞ prezidenti Donald Tramp da bəyan edib ki, Rusiya ilə Ukrayna arasında sülh olsa belə, Rusiyadan enerji idxalına icazə verilməməlidir.

Bu arada Jorgensen enerji məsələləri və ticarət razılaşmasını müzakirə etmək üçün gələn həftə Brüsseldə ABŞ-nin energetika naziri ilə görüşəcəyini də bildirib.

Seçilən
76
teleqraf.com

1Mənbələr