AZ

Devid Lemmi Böyük Britaniyanın yeni baş nazir müavini təyin edilib

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ölkənin yeni baş nazir müavini və ədliyyə naziri təyin edilib.

“İki sahil” xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer Ancela Reynerin vergi qalmaqalına görə baş nazirin müavini vəzifəsindən istefa verdiyini elan etməsindən sonra kabinetində dəyişiklik edib.

Lemminin yerinə xarici işlər naziri vəzifəsinə İvett Kuper təyin edilib, Şabana Mahmud isə daxili işlər naziri vəzifəsinə təyin edilib. Eyni zamanda, Yan Mürrüy Şotlandiya üzrə dövlət katibi vəzifəsini itirib. İcmalar Palatasının rəhbəri postunu tutan Lüsi Pauell də hökuməti tərk edib.

Baş nazirin yaxın vaxtlarda hökumətdə digər dəyişiklikləri də açıqlaya biləcəyi gözlənilir.

Seçilən
28
4
ikisahil.az

5Mənbələr