Horadiz–Ağbənd dəmir yolunun illik buraxılış qabiliyyətinin 15 milyon ton olacağı planlaşdırılır.
"APA-Economics"in Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, Horadiz–Ağbənd dəmir yolunun tikintisi 3 mərhələdə həyata keçirilir. 259 suötürücü boru, 39 körpü, 4 heyvan keçidinin, 5 yölötürücü və üst keçid, 7 alt keçidin tikintisi yekunlaşıb.
"Hazırda 4 ədəd tunelin, 1 ədəd körpünün, 1 ədəd qalereyanın və 3 ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam edir"-deyə Bəxtiyar Hacıyev qeyd edib.
Xatırladaq ki, Horadiz–Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 13.03.2021-ci il tarixli 2534 nömrəli Sərəncamına əsasən başlanılıb.
“Cebheinfo.az”