AZ

Lautaro Martines Maradonanı geridə qoydu

Argentina millisində tarixi an yaşanıb.

Fanat.Az xəbər verir ki, “İnter”in hücumçusu Lautaro Martines milli formanı geyinərək 33-cü qoluna imza atıb və bununla da əfsanəvi Dieqo Maradonanı geridə qoyub.

Maradona karyerası ərzində Argentina yığması ilə 32 qola imza atmışdı. Martines isə bu göstəricini keçərək, millidə ən çox qol vuran oyunçular siyahısında irəliləyib.

Hazırda siyahı belədir:

Lionel Messi – 114 qol

Qabriel Batistuta – 55 qol

Serxio Aquero – 41 qol

Hernan Krespo – 35 qol

Lautaro Martines – 33 qol

Bu nəticə ilə Lautaro artıq əfsanələrin sırasında öz adını daha da möhkəmləndirib.

Kamil Xudiyev

Seçilən
39
1
fanat.az

2Mənbələr