AZ

Oğuzda ağac kəsiminə görə cinayət işi başlandı

Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Cebheinfo.az”a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

“Cebheinfo.az”

Seçilən
11
26
cebheinfo.az

10Mənbələr