AZ

Tailand parlamenti saksafonçunu Baş nazir postuna təsdiqləyib

Sentyabrın 5-də Tailand parlamenti mühafizəkar siyasətçi Anutin Çarnvirakulu ölkənin yeni Baş naziri seçib.

AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, liberal Xalq Partiyası ilə yeni parlament seçkisinin elanı barədə razılıq əldə edildikdən sonra Anutin Çarnvirakul səsvermədə kifayət qədər səs toplaya bilib. Parlament seçkisinin isə yanvarda keçiriləcəyi gözlənilir.

Ekspertlər hesab edirlər ki, parlament seçkisi ölkədə aylardır davam edən siyasi qeyri-müəyyənliyə son qoya bilər.

Qeyd edək ki, Tailandda çətənənin dekriminallaşdırılmasının tərəfdarı kimi tanınan 58 yaşlı Anutin Çarnvirakul Kralın təsdiqindən sonra vəzifəsinin icrasına başlayacaq. Tikinti maqnatı kimi tanınan A.Çarnvirakul son iki ildə Tailandın 3-cü Baş naziri olacaq. Saksafonçu, pilot və tikinti sərvətinin varisi Anutin Çarnvirakul Tailandın ictimai səhiyyə naziri, Baş nazirin müavini - daxili işlər naziri vəzifələrində çalışıb.

Konstitusiya Məhkəməsi iyul ayında xanım Petonqtarn Çinavatanı Baş nazir səlahiyyətlərindən məhrum edib. Bu qərara onun Tailand ilə Kamboca arasında sərhəd gərginliyi fonunda Kambocanın sabiq lideri Hun Senlə telefon danışığının sızmasından sonra ölkədə yaranan etirazlar səbəb olub. Məhkəmə senatorların təqdim etdiyi və Petonqtarn Çinavatı saxtakarlıqda, konstitusiyanın etik normalarını pozmaqda ittiham edən petisiyanı qəbul edib.

Seçilən
24
3
yeniazerbaycan.com

4Mənbələr