AZ

Kurt Zuma “Vest Hem”i Rumıniya klubuna dəyişdi

Fransa yığmasının mərkəz müdafiəçisi Kurt Zuma İngiltərənin “Vest Hem” klubundan ayrılaraq Rumıniya təmsilçisi ÇFR-ə qoşulub.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən məlumat verir.

Kluj klubu 30 yaşlı fransalı futbolçu ilə 2 illik (2027-ci ilin 30 iyununadək) müqavilə bağlayıb. Zuma yeni klubuna azad agent kimi keçib.

Kurt Zuma isə 2021-ci ilin avqustundan “Vest Hem”in uğurları üçün çalışırdı. Premyer Liqa klubunda 103 oyuna 6 qol və 1 assist müəllifi olmuş müdafiəçi, ötən mövsüm Səudiyyə Ərəbistanının “Əl-Oroba” klubunda icarədə də olub.

Zuma karyerası ərzində “Çelsi”, “Sent Etyen”, “Stok Siti”, “Everton” kimi klubların da formasını geyinib.

Təcrübəli müdafiəçi 2015-ci ildə debüt etdiyi Fransa yığmasında 11 oyuna 1 qol vurub.

“Transfermarkt” internet-portalı 30 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
70
arena.az

1Mənbələr