AZ

Erik Dayer İngiltərə yığmasına çağırılmamasından narazıdır

İngiltərə millisinin sabiq üzvü Erik Dayer yığmaya dəvət almamasından məyusluğunu bildirib.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumatına görə, son dəfə milli formanı 3 il əvvəl "Tottenhem"in oyunçusu olduğu vaxt geyinən müdafiəçi vəziyyəti belə şərh edib:

"Hər dəfə İngiltərə yığmasına çağırılmadığım zaman mənə çox ağır olur. Son iki ildə demək olar ki, bütün oyunlarda "Bavariya"nın heyətində çıxış etdim, Bundesliqanın qalibi oldum, Çempionlar Liqasının 1/4 və 1/2 final mərhələlərinə yüksəldim. Əlimdən gələni etdim ki, milliyə dəvət alım. Amma sadəcə baş vermədi"

Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm Fransanın "Monako" klubunda çıxış edir. O, azad agent kimi komandaya qoşulub. İndiyədək 3 oyuna çıxan müdafiəçi 1 qolla yadda qalıb.

Seçilən
40
90deqiqe.az

1Mənbələr