AZ

Macarıstan Ukrayna ilə bağlı açıqlama yaydı: İcazə verməyəcəyik

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Budapeşt Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyi bəyan edib.

Nazirlikdən verilən açıqlamada bildirilir ki, ölkə rəhbərliyi bu mövqeyini dəfələrlə ifadə edib və Ukraynanın hazırkı şəraitdə Aİ standartlarına cavab vermədiyini hesab edir.

“Budapeşt prinsipial olaraq bu məsələdə öz mövqeyini dəyişməyib. Baxmayaraq ki, Rusiya tərəfi Ukraynanın üzvlüyünü dəstəklədiyini açıqlayıb, Macarıstan bu qərarı doğru hesab etmir”, – XİN-dən bildirilib.

Qeyd edək ki, Avropa İttifaqında Ukraynanın üzvlüyü məsələsi ətrafında müzakirələr davam edir. Bir sıra ölkələr Kiyevin yaxın illərdə Aİ-yə qoşulmasını mümkün saysalar da, Macarıstan bu istiqamətdə açıq şəkildə əleyhinə mövqedə dayanır.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr