London, 5 sentyabr, AZƏRTAC
Böyük Britaniyada Baş nazirin müavini Ancela Reynerin istefasından sonra hökumətdə genişmiqyaslı dəyişikliklər aparılıb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Kir Starmerin qərarı ilə Devid Lammi Baş nazirin yeni müavini təyin olunub. O, həmçinin ədliyyə naziri vəzifəsini də icra edəcək. Reynerin əvvəlki vəzifəsi olan mənzil və yaşayış siyasəti üzrə nazir postuna isə Stiv Rid gətirilib.
Bu dəyişikliklər A.Reynerin vergi rüsumları ilə bağlı qalmaqallı istefasının ardından Kir Starmer hökumətində aparılan ən böyük rotasiya kimi qiymətləndirilir. Ancela Reyner İngiltərənin cənubundakı Houv kurort şəhərində mənzil alarkən vergi rüsumunu ödəmədiyini etiraf etdikdən sonra cümə günü istefa verib.
AZƏRTAC-ın xüsusi müxbiri
London