AZ

“Ocağım söndü, evi təmir edib toyuna hazırlaşırdım”VİDEO

Bir anlıq adrenalin və yüksək sürət həvəsi hər şeyi yarımçıq qoydu...

Sadəcə şəkilləri, musiqi aləti, kompüteri, bir də bu məzarı qaldı geriyə...

Kürdəmirdə avtomobili yüksək sürətlə idarə edərək ağır yol qəzasında dünyasını dəyişən 26 yaşlı Rüstəmin doğmaları nə əziyyət çəkirlər... Yarım qalan həyat, puç olan arzular.

Avtomobil qəzasında oğlu Rüstəmi itirən ata - Şahin İsmiyev gənclərə çağırış edib. "Mən oğlumu itirdim, başqaları itirməsin deyir", biçarə ata...

Ailənin tək oğlan övladını itirən ata Şahin İsmiyev "Xəzər Xəbər"ə danışıb. Deyir ki, oğlunun toyuna hazırlaşırmış, ancaq övladının yüksək sürət həvəsi hər şeyi yarımçıq qoydu. Ürəyi dağlı atanın gənclərə çagırışı da var. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
69
xezerxeber.az

1Mənbələr