AZ

Azərbaycanın 2 boksçusu Dünya Seriyasında iştirak edəcək

BAKI, 5 sentyabr. TELEQRAF

Həftəsonu Mərakeşdə çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi baş tutacaq.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Kasablanka çimərliyində baş tutacaq yarışda Azərbaycanı 2 güləşçi təmsil edəcək.
Bu il sayca 3-cü dəfə keçiriləcək Dünya Seriyasının bu mərhələsində də əvvəlki kimi, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcək.

Sabah əvvəlcə ilkin mərhələdə mübarizə baş tutacaq və bütün qrup iştirakçıları müəyyənləşəcək. Daha sonra qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. Bazar günü isə güləş həvəskarları qruplarda son qarşılaşmalara, ardınca pley-offa, ən sonda isə medallar uğrunda qarşılaşmalara şahidlik edəcək.

Seçilən
78
4
teleqraf.com

6Mənbələr