AZ

İslandiya - Azərbaycan: Start heyətlər açıqlandı

Dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək İslandiya – Azərbaycan matçının heyətləri açıqlanıb.

Arena.az xəbər verir ki, yığmamızın futbolçusu Şahin Şahniyarovun adı rəsmi protokola daxil edilməyib.

Baş məşqçi Fernando Santosun qərarı ilə yarımmüdafiəçi “23-lük”dən kənarda qalıb.

Qeyd edək ki, bu gün Reykyavikdə keçiriləcək oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Bu gün D qrupunun digər oyununda Fransa yığması Ukraynanın qonağı olacaq.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu

5 sentyabr

22:45. İslandiya – Azərbaycan
Baş hakim: Sander van der Eyk (Niderland).
“Lauqardalsvöllur” stadionu.

İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesso, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteynsson, 22. Andri Qudyonsen.
Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 2. Loqi Tomasson, 6. Gisli Tordarson, 9. Saevar Atli Maqnusson, 14. Torir Yohann Helqason, 15. Villum Villumsson, 17. Brinyolfur Villumsson, 18. Mikael Anderson, 19. Byarki Steynn Byarkason, 20. Kristian Hlinsson, 21. Daniel Qudyonsen.
Baş məşqçi: Arnar Qunnlauqsson.

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 21. Qismət Alıyev, 18. Cəlal Hüseynov, 5. Anton Krivotsyuk, 16. Ceyhun Nuriyev, 7. Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 17. Toral Bayramov, 22. Musa Qurbanlı, 15. Xəyal Əliyev.
Baş məşqçi: Fernando Santos.

Seçilən
29
44
arena.az

10Mənbələr