AZ

Medvedev: Rusiyanın rəyi nəzərə alınmadan Ukraynaya təhlükəsizlik təminatı mümkün deyil

BAKI, 5 sentyabr. TELEQRAF

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Ukrayna üçün hər hansı təhlükəsizlik zəmanəti hazırlanarkən Rusiyanın mövqeyi nəzərə alınmalıdır.

Teleqraf TASS-a istinadən xəbər verir ki, Medvedev jurnalistlərlə söhbətində Qərbin təkliflər hazırlayarkən Rusiya ilə məsləhətləşməli olduğunu bildirib:

“Əgər münaqişə varsa, xüsusi hərbi əməliyyat davam edirsə, heç olmasa hər hansı təkliflər hazırlayarkən bizimlə məsləhətləşməlidirlər”.

Qeyd edək ki, sentyabrın 4-də Parisdə keçirilən “Könüllülər koalisiyası”nın iclasında 35 iştirakçı ölkədən 26-sı atəşkəs razılaşması əldə edildikdən sonra Ukraynaya hərbi kontingent göndərməyə hazır olduqlarını bildiriblər. .

Seçilən
88
teleqraf.com

1Mənbələr