AZ

Bakının Nərimanov və Nəsimi rayonlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı şəhərinin bəzi yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata əsasən, sentyabrın 7-dən etibarən təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində, eləcə də sentyabrın 7-də saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində) hərəkət qismən məhdudlaşacaq. Bununla tam bağlanma nəzərdə tutulmayıb.

Seçilən
27
12
yeniazerbaycan.com

10Mənbələr