Kanadanın baş naziri Mark Karni ölkəsinin müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladığını açıqlayıb.
Editor.az xarici mediaya istinadla yazır ki, bu barədə Kanadanın baş naziri Karni Mississauqadakı çıxışında deyib.
“3000-dən çox insana sanksiya tətbiq etdik, neftin qiymətini sərtləşdirdik və indi müttəfiqlər arasında yeni sanksiyalar dalğası hazırlanır. Bu tədbirlər artıq iqtisadiyyata təsir edir və biz təzyiqi davam etdirməliyik”,- Baş nazir deyib.
Carney sanksiyaların Kanadanın Ukraynaya daha geniş dəstəyinin bir hissəsi olduğunu vurğulayaraq bu dəstəyin hərbi yardım və gələcək təhlükəsizlik zəmanətlərini ehtiva etdiyini izah edib. Baş nazir həmçinin bəyan edib ki, Kanada “istəklilər koalisiyası” çərçivəsində tərəfdaşlarla koordinasiyanı davam etdirəcək və Ukraynanın maraqlarına xidmət edən uzunmüddətli həllərin hazırlanması üzərində çalışacaq.
//Gülnarə Abasova, Editor.az