“Fənərbağça” mərkəz müdafiəçisi Aleksander Cikunu cari mövsüm Avropa Liqasının əsas mərhələsinin heyətinə daxil etməyib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumat Türkiyə klubunun UEFA-nın rəsmi saytında yayımlanan heyət siyahısında əksini tapıb.
Futbolçunun karyerasını Rusiyada davam etdirəcəyi gözlənilir. Belə ki, Moskva “Spartak”ı 31 yaşlı müdafiəçi üçün komandasına 2 milyon avro ödəyəcəyi və futbolçu ilə 2027-ci ilə qədər müqavilə bağlamaq üzrə “Fənərbağça” ilə razılaşmağa yaxındır.
Ciku “Fənərbaxça”nın heyətində 2023-cü ilin yayından çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 75 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla mövcud müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalına görə, Cikunun bazar dəyəri 6,5 milyon avro təşkil edir.