BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Özbəkistan Rusiyada təhqirə məruz qalmış vətəndaşına görə Moskvaya nota verib.
Rusiyada bir nəfər- taksi sürücüsü işləyən bir özbəyi rusların qulu adlandırıb və söyüb.
Bunu əks etdirən video sosial mediada yayılıb.
Video açılmırsa, Youtube kanalımızda baxın
Videoda görünür ki, bir kişi rusca əsəbi halda etnik milliyyətcə asiyalı olduğu anlaşılan bir kişiyə deyir: "Sən bura işləməyə gəlmisən. İşlə! Ağzını açma! Sən köləsən, rusların köləsi. Özbəkistanda özünə heç nə tapmayıb bura gəllmisən. Öz evində deyilsən!"
Sürücü isə onunla mübahisə etməyərək maşınına minir.
Bu video yayıldıqdan sonra Özbəkistan Xarici İşlər Nazirliyi Rusiyadan tələb edib ki, özbək miqrantı təhqir edən kişinin şəxsiyyətini müəyyənləşdirsin və onun barəsində qanunauyğun ölçü götürsün.
Bu barədə Özbəkistan XİN-in mətbuat katibi Axror Burxanov məlumat verib.
Rusiyada miqrantlara qatşı ultra-millətçi yanaşmalar ilk deyil. Bu video yayılan ərəfələrdə Rusiyanın tanınmış filosofu Aleksandr Duqin miqrantları ruslaşdırmaqdan bəhs edib.
O, Telegram kanalında yazıb:
"İstənilən miqrant, o cümlədən daha toksik hesab etdiyimiz azərbaycanlılar, taciklər, özbəklər üçün çıxış yolu var - assimilyasiya. Rusiya uğrunda döyüşən pravoslav tacik, azərbaycanlı, özbək artıq miqrant deyil, rusdur. Əsl rus. Döyüşməyənlər isə, rədd olun".
Sovet İttifaqı dağıldıqdan sonra Rusiya keçmiş sovet respublikalarında yaşayanlar üçün böyük əmək bazarına çevrilib.
Bu olkədə qeyri-rəsmi rəqəmlərə görə, milyonlarla əmək miqrantı məskunlaşıb.