AZ

Türkiyədə ALTAY tanklarının seriyalı istehsalına başlanılıb

Türkiyənin BMC müdafiə şirkətinin Ankaradakı zavodu yerli ALTAY tanklarının seriyalı istehsalına başlayıb.

AZƏRTAC xəbər verir ki, zavod ALTAY-a inteqrasiyası planlaşdırılan Türkiyənin BATU güc qurğusunun təkmilləşdirilməsi işlərini də davam etdirir.

BMC-nin baş direktoru Fuat Tosyalı jurnalistlərə müsahibəsində yerli tankların seriyalı istehsalını “Türkiyənin çoxəsrlik ümidinin təcəssümü” adlandırıb.

ALTAY tanklarının Türkiyə Silahlı Qüvvələrinin zirehli qoşun hissələrinin onurğa sütununa çevriləcəyi gözlənilir.

Ankaradakı HAB sənaye zonasındakı zavodda tankların tam yığılması sikli işə salınıb. “İlk seriyalı tanklar zavodun rəsmi açılış mərasimində konveyerdən çıxarılacaq”, - deyən Tosyalı, həmçinin türk tanklarının dost və müttəfiq dövlətlərə tədarükünü istisna etməyib.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün daha əvvəl bildirmişdi ki, Türkiyə Silahlı Qüvvələri 2028-ci ilə qədər 85 seriyalı ALTAY tankı alacaq.

Seçilən
12
8
yeniazerbaycan.com

10Mənbələr