Ajans.az xəbər verir ki, bu barədə məlumatı federasiyanın mətbuat xidməti yayıb. B qrupunda yer alan millimiz ilk oyunda Xorvatiya yığması ilə qarşılaşıb. 4 kateqoriya üzrə keçirilən qarşılaşmada rəqibindən üstün təsir bağışlayan badmintonçularımız 60:33 hesablı qələbə qazanıb. Komandamızın növbəti oyunu Niderland kollektivinə qarşı baş tutub. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda əzmkarlıq nümayiş etdirən badmintonçularımız 60:50 hesablı qələbə qazanaraq Avropa çempionatında pley-offa yüksəlib.  Komanda 1/4 finalda Yunanıstan yığması ilə üz-üzə gəlib. Badmintonçularımız oyun ərzində hesabda dəfələrlə geri düşməsinə baxmayaraq, xarakter nümayiş etdirərək cütün müqəddəratını öz xeyrinə dəyişməyi bacarıb. Yekunda 60:59 hesablı qələbə qazanan millimiz yarımfinala yüksəlməklə Bolqarıstana rəqib olub.  Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu sentyabrın 6-sı, saat 18:00-da başlayacaq. Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.

Qarşılaşmalar Avropa Oyunları Parkında keçirilir.