AZ

ABŞ narkotik kartelləri ilə mübarizə üçün Puerto-Rikoya döyüş təyyarələri göndərəcək

Bakı. Trend:

ABŞ komandanlığı Vaşinqtonun Latın Amerikası narkotikkartellərinə qarşı gücləndirdiyi mübarizə ilə əlaqədarPuerto-Rikoya 10 F-35 qırıcı-bombardmançı göndərmək qərarınagəlib.

Trend-in məlumatına görə, bu barədə "New York Post" qəzetimənbələrə istinadən xəbər verib.

"Tramp administrasiyasına yaxın mənbəyə görə, Karib dəniziregionunda Amerika hərbi varlığını artıracaq döyüş təyyarələriningələn həftə gəlməsi gözlənilir", - deyə nəşr bildirib.

Bundan əvvəl Amerika KİV-ləri Trampın açıqlamadan ABŞ SilahlıQüvvələrindən Latın Amerikası narkotik kartellərinə öz ərazisindənkənarda zərbələr endirmək üçün istifadə etməsi əmri verdiyiniyazmışdı.

Seçilən
74
1
az.trend.az

2Mənbələr