İsrailin Baş nazirinin ofisi Misir Xarici İşlər Nazirliyinin Qəzza zolağından insanların çıxarılmasını rəsmi Qahirə üçün "qırmızı xətt" adlandıran bəyanatını tənqid edib.
Bu barədə "Report" İsrailin 12-ci kanalına istinadən xəbər verir.
"Misir Xarici İşlər Nazirliyi müharibə zonasını öz iradəsinə zidd olaraq tərk etmək istəyən Qəzza sakinlərini həbs etməyə üstünlük verir", - ofis vurğulayır.
Bu gün səhər saatlarında Misir Xarici İşlər Nazirliyi köçürülmənin "Fələstin məsələsinin sonu" olduğuna dair bəyanat yayıb.
"İnsanların öz vətənlərindən qovulmasına heç bir hüquqi, mənəvi və əxlaqi əsas yoxdur", - sənəddə deyilir.
"Cebheinfo.az"