AZ

Ağcabədidə 16 yaşlı qız qətlə yetirildi – Qardaşı saxlanıldı

Sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Busaat.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı – 18 yaşlı Tahir Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
46
busaat.az

10Mənbələr